"Roma"nın baş məşqçisi Joze Mourinyu Portuqaliya millisini çalışdırmaq təklifi aldığını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" mütəxəssisin dediklərini belə çatdırıb:
"Fürsətdən istifadə edib Portuqaliya Futbol Federasiyasının prezidentinə təşəkkür etmək istəyirəm. Haqqımda dediyi sözlər məni qürurlandırdı. Ancaq mən milliyə getməməyə qərar verdim. Gördüyünüz kimi, "Roma"dayam. Əsas olan da budur".
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-dən sonra Belçika seçməsindən istefaya göndərilən Roberto Martinesə tapşırılıb.
Nihat