Kriştianu Ronaldunu heyətinə qatan "Əl-Nəsr"in əzəli rəqibi "Əl-Hilal"ın PSJ-nin superulduzu Lionel Messini rənglərinə bağlayacağı ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, 35 yaşında dünya çempionu olan Leonun atası Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və "Əl-Hilal" bossları ilə şəxsən danışıq aparır. Mənbə "10 nömrə"nin illik 300 avro əməkhaqqı qarşılığında karyerasını məhz bu klubda davam etdirməyə çox yaxın olduğunu vurğulayıb.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat