"Brayton"un baş məşqçisi Roberto De Dzerbi Belçika millisinin yarımmüdafiəçisi Leandro Trossardı məşqlərdən kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən ingiltərəli jurnalist Çarli Haffenden yayıb.
Məlumata görə, De Dzerbi bu addımı futbolçunun intizamsızlığı və formada olmaması səbəbindən atıb. Mənbə "Tottenhem" rəhbərliyinin mövcud durumu diqqətlə izlədiyini və Trossardı heyətinə qatmaq üçün uyğun anın yetişməsini gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Belçika yığmasının heyətində DÇ-2022-yə qatılan Trossard cari mövsüm "Brayton" forması ilə 17 oyuna çıxıb. O, bu qarşılaşmalarda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat