Dubayda təlim-məşq toplanışında olan Rusiya "Krasnodar"ı Bolqarıstanın "Levski" komandası ilə yoldaşlıq oyununu ləğv edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Elanda dəyişikliyin məşqçilər korpusunun qərarı ilə bağlı olduğu bildirilib. Halbuki, "Levski" azarkeşləri günlərdir klublarını ruslara qarşı oyunu ləğv etməyə çağırır, təzyiq edirdilər. Sofiya komandası isə Ukrayna bayrağını nümayiş etdirən sarı-göy formada meydana çıxmağı düşünürdü.
Görünür, bundan ehtiyat edən Rusiya klubu görüşü ləğv edib.
Qeyd edək ki, Yeni il ərəfəsində "Qarabağ"la yolları ayıran braziliyalı Kadi Borges məhz "Krasnodar”a üz tutub. Sözügedən komanda Rusiya Premyer Liqasında mövsümünün ilk yarısından sonra 8-ci pillədə qərarlaşıb. Krasnodarlılar 17 turda 25 xal toplayıb. “Levski” isə 18 turdan sonra 30 xal toplayıb və Bolqarıstan çempionatının 6-cı pilləsində qərarlaşıb.
Mirağa