İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Yunayted" əzəli rəqibi "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın derbidəki qələbə qolunun müəllifi olan Markus Raşford rekorda imza atıb.
Belə ki, indiyədək İngiltərə çempionatında 67 dəfə rəqib qapılarına yol tapan Markusun dəqiq zərbələrindən 27-si qələbə qolu olub. Bu, 40,3 faiz deməkdir və İPL tarixində 50 qoldan çox vurmuş futbolçular arasında heç kimin çata bilmədiyi nəticədir.
Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 38-ə çatdıran MY turnir cədvəlində 3-cü pillədə mövqe tutub.
Nihat