Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun dördüncü günündə bir qarşılaşma keçiriləcək. “Olimpik” Şəkidə “AAAF Xırdalan”ı qəbul edəcək.
Görüş saat 15:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki görüşlərində bu nəticələr qeydə alınıb. "Sərhədçi" - "Sabah" - 81:68, "Gəncə" - NTD - 79:86, "Neftçi" - "Zirvə" - 102:82.