Donetsk "Şaxtyor"unun futbolçusu Mixail Mudriki transfer edə bilməyən London "Arsenal"ı diqqətini "Barselona"nın oyunçusuna yönəldib.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Canluici Lonqari sosial şəbəkə hesabı üzərindən yayıb.
Xəbərə görə, İngiltərə təmsilçisi Kataloniya klubunun vingeri Rafinyanı rənglərinə bağlamaq üçün hərəkətə keçib. "Topçular"ın İspaniya nəhənginə rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilib.
Qeyd edək ki, öncəki iş yeri "Lids" olan Rafinya ötən ilin yayından "Barselona"nın uğurları üçün çalışır. Cari mövsüm "blauqrana"nın forması ilə 22 oyuna çıxan braziliyalı 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat