Niderland millisinin hücumçusu Memfis Depayın bu ay "Barselona"nı tərk edəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 28 yaşlı futbolçu artıq özünə yeni iş yeri də tapıb və bu, böyük ehtimalla, "Atletiko Madrid" klubudur.
Qeyd edək ki, bu mövsüm əsas heyətdəki yerini itirən Depay "Barsa" forması ilə 4 matça çıxaraq 1 qol vurub.
Nihat