"Səbail" Antalyadakı təlim-məşq toplanışını başa çatdırıb.
Fanat.Az xəbər verir ki, "dənizçilər" hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçiribk.
Şahin Diniyevin baş məşqçi olduğu komanda Serbiyanın "Spartak" (Subotnitsa) kollektivi ilə üz-üzə gəlib. Oyun serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Səbail" bundan əvvəl keçirdiyi 2 sınaq matçında "Legiya Varşava" (Polşa) və "Bohemians 1905" (Çexiya) ilə heç-heçəyə razılaşıb - uyğun olaraq, 2:2, 0:0.
Yanvarın 3-dən qardaş ölkədə hazırlıq keçən Bayıl təmsilçisi sabah Bakıya dönəcək.