"Barselona" rəhbərliyinin əsas heyətdəki yerini itirən Memfis Depayı Milan "İnter"inin futbolçusu ilə dəyişməyi planlaşdırdığı iddia olunub.
Fanat.Az xəbər verir ki, məlumatı "Jijantes" yayıb.
Xəbərə görə, baş məşqçi Xavinin istəmədiyi niderlandlı hücumçunun xidmətində "İnter" maraqlıdır. Mənbə kataloniyalıların Depayı qarşı tərəfə verərək əvəzində argentinalı forvard Xoakin Korrea ilə güclənməyi arzuladıqlarını vurğulayıb. 28 yaşlı Memfis bu varianta razı olacağı halda, tərəflərin futbolçularını dəyişəcəkləri bildirilib.
Nihat