Nqolo Kante "Çelsi"dən ayrılmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.
Xəbərə görə, tərəflər arasında danışıq aparılıb və müsbət nəticə əldə olunub. Tezliklə futbolçunun müqaviləsinin yenilənəcəyi bildirilir.
Qeyd edək ki, fransalı yarımmüdafiəçinin "Çelsi" ilə sözləşməsi mövsümün sonunda başa çatır.
Röya