"Çelsi"nin Donetsk "Şaxtyor"undan transfer etdiyi Mixail Mudrik kumirinin kim olduğunu və boynundakı döymənin mənasını açıqlayıb.
Fanat.Az "zadəganlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı vinger belə danışıb:
"Kumirim Kriştianu Ronaldudur. Onun futbol mentaliteti xoşuma gəlir.
Boynumdakı döymə? "İstedad kifayət etmir" anlamına gəlir. Bu o deməkdir ki, çalışmaq, zəhmət çəkmək çox vacibdir. İPL çox güclü liqadır. Burada hər matç çətin alınır. Çalışmağa, özümü sübut etməyə gəlmişəm. İlk oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Mudrikin transferi dünən rəsmən elan edilib. İnsayderlərin məlumatlarına görə, London təmsilçisi bu transfer üçün qarşı tərəfə 70 milyon avro ödəyib. Daha 30 milyon avro isə Donetsk klubunun hesabına müxtəlif bonuslar şəklində köçürülə bilər.
Nihat