"Vest Hem" rəhbərliyi komandanın baş məşqçisi Devid Moyesin yerinə iki məşhur mütəxəssidən birini gətirmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı " Daily Telegraph" yayıb.
Xəbərə görə, London klubunun nümayəndələri son iş yeri PSJ olan Maurisio Poçettino və "Çelsi"dən ayrılan Tomas Tuxellə danışıq aparırlar.
Qeyd edək ki, 59 yaşlı Moyes 2019-cu ilin dekabrından "Vest Hem"in "sükanı arxası"ndadır. Bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyuna 15 xal toplayan "çəkicdöyənlər" hazırda turnir cədvəlinin 18-ci pilləsində mövqe tutub.
Nihat