İtaliya A Seriyasında məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Salernitana" klubu Davide Nikolanı postundan uzaqlaşdırıb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Son turda "Atalanta"ya 2:8 hesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb.
İtaliyalı mütəxəssis 2022-ci ilin fevralından "Salernitana"nı çalışdırırdı. Komanda hazırda 16-cı yerdə qərarlaşıb.
Mirağa