"Qəbələ"nin sabiq baş məşqçisi, Rusiyanın tanınmış futbol mütəxəssisi Yuri Syomin "Napoli"nin vingeri Xviça Kvaratsxeliyadan danışıb.
Fanat.Az "Legalbet"ə istinadən xəbər verir ki, Syomin 2019-cu ildə Moskva "Lokomotiv"ində rəhbərliyi altında oynamış gürcü barədə belə deyib:
"İstedad baxımından Kvaratsxeliyanı kiminləsə müqayisə etmək çətindir. Bəlkə də Marat İzmaylovun adını çəkmək olar. Amma o da erkən gənclik dönəmində Xviça qədər uğurlu olmayıb. Hə, Marat da istedadlı idi. Ancaq Kvaratsxeliyanın təbii göstəriciləri daha üstündür. Karyeramda Xviça ilə müqayisə edə biləcəyim futbolçu olmayıb".
Qeyd edək ki, Syomin 2013-2014-cü illər aralığında "Qəbələ"ni çalışdırıb.
Nihat