Bu gün Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə “Sərhədçi” “Gəncə” ilə, daha sonra isə NTD “Neftçi” ilə qarşılaşacaq.
Hər iki görüş Bakıdakı “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
17:30. "Sərhədçi" - "Gəncə"
20:00. NTD - "Neftçi"
Qeyd edək ki, daha əvvəl turun iki oyunu keçirilib: “Sabah” – “Olimpik” (Şəki) – 77:72, “Zirvə” (Astara) – “AAAF Xırdalan” – 76:100.