16:25 23.01.2023 331

"Bizim dövrdə də futzal məktəbi olmayıb, amma öyrənmişik" - MÜSAHİBƏ

Azərbaycan Futzal Federasiyasının rəsmi saytında “Korifeylərimiz” rubrikası altında müxtəlif illərdə Azərbaycan millisinin və futzal üzrə klublarımızın formasını geyinmiş, oyunu, davranışı ilə rəğbət qazanmış futzalçılarla müsahibələr təqdim olunur.

Fanat.Az xəbər verir ki, rubrikanın budəfəki qonağı millinin kapitanı olmuş, hazırda isə U-19-un baş məşqçisi vəzifəsində çalışan Ağatahir Əzimov olub.

Onunla müsahibənin davamını təqdim edirik:

(Əvvəli: //azfutzal.az/page/post/3347)

- Karyeran ərzində hansı maraqlı, yaddaqalan məqamları qeyd edə bilərsən?
- Maraqlı hadisələr çox olub. Bir dəfə çarter reysi ilə futbol üzrə əsas və qızlardan ibarət millilər və futzal yığması Moldovaya yollandı. Hər 3 komanda adıçəkilən ölkənin müvafiq komandaları ilə yoldaşlıq oyunları keçirməli idi. Birinci oyunda Moldovanı asanlıqla udduq. Həmin vaxt rəhbərlikdən bir nəfər (rəhmətə gedib, adını çəkmək istəmirəm) komanda ilə görüşdə dedi ki, qələbə üçün mükafat təyin etmişik. Çalışın ikinci oyunu da udun, həm də fiziki cəhətdən bir az güc yığın, bəlkə böyük futbol oynaya bildiniz, sizi o komandaya götürdük. Moldova ilə ikinci oyunda isə başımıza oyun açdılar. Matçın keçirildiyi zalda dirəklər var idi. İlk dəfə idi belə şey görürdüm. Heyət isə tamamilə dəyişmişdi. Moldova çempionatında oynayan ukraynalı futzalçıları heyətə cəlb etmişdilər. Maraqlı, həm də gərgin oyun getdi. Hakim də öz ampluasında idi, bir-birinin ardınca qapımıza 10 metrlik təyin olundu. Qapıda da İlqar Abdulov dayanıb. Hər dəfə topu tutur, 10 metrlikdən qol vurmağa imkan vermirdi. Axır dözmədim, hakimə dedim ki, utanmırsan, bu qədər yalandan 10 metrlik zərbə təyin etmək olar? O da qayıtdı ki, onsuz da vura bilmirlər. Nə isə, hesab bərabərdir (3:3, ya da 4:4), matçın da sonuncu dəqiqələri gedir. Bizim oyunçumuza - səhv etmirəmsə Mahir Eyniyevə - qırmızı vərəqə verdi ki, meydanda azlıqda qalaq, bəlkə belədə onlar qol vurdular. Meydanda Natiq Məmmədkərimov, Vitali Borisov və mən qalmışdıq. Epizod zamanı öz qapımıza yaxın, künc tərəfdə mövqe seçmişdim. Baxdım ki, rəqib qapıçı 6 metrlik xəttin üzərində dayanıb. Vitaliyə dedim, topu ötür mənə. Öz qapımıza yaxın künc nöqtəsindən aşırma deyil, qüvvətli zərbə ilə topu vurdum rəqib qapısına və qol oldu. AFFA rəhbərliyi də tribunada əyləşmişdi, oyunu izləyirdi. Oyun o qədər gərgin keçdi ki, qoldan sonra hamımız elə sevinirik, elə bil dünya çempionu olmuşuq.

İspaniya dünya çempionu olmuşdu. Biz də getdik İspaniyaya, onlarla yoldaşlıq oyunu keçirməyə. Oyun başlayıb, qarşımızda dünya çempionu olmuş bir komanda var, topla bizi “döyürlər”, amma qol vura bilmirlər. Elə alındı ki, hesabı biz açdıq. Amma üstünlüyümüzü sona qədər qoruya bilmədik və yekunda 3:4 hesabı ilə yenildik. Fazil müəllim dedi ki, gəlin oyunun videoyazısına baxaq, analiz edək, görək kimlərin səhvindən qollar buraxdıq. Qollara bir-bir baxdıq, hər dəfə baş məşqçi deyirdi ki, bu axmaq qoldur, keç o birisinə… Sonda məlum oldu ki, 4 axmaq qol buraxmışıq (gülür). Yəni epizodlar zamanı hər kəs yerində olub, sadəcə rəqibin ustalıq səviyyəsi yüksək olduğuna görə fərqlənməyi bacarıb.

İspaniyada toplanış və yoldaşlıq oyunları keçirdik, sonra oradan Portuqaliyaya getməli idik. İş elə alındı ki, hamımız təyyarə ilə gedə bilmədik. 11 nəfərə bilet düzəldi, qalan 7 nəfər avtobusla bu yolu qət etməli oldu. Heyətimizdə 2 braziliyalı olduğuna görə tərcüməçimiz də vardı. Fazil müəllimin köməkçisi Rüfət Məmmədov da ingilis dilini bilirdi. Elə alındı ki, tərcüməçi ilə Rüfət avtobusla gedəsi oldu. Uçduq Portuqaliyaya. Bizi qarşılayana başa salmaq lazımdır ki, 7 nəfər avtobusla gələcək, ona görə onları da götürmək üçün avtovağzala getməliyik. Fazil müəllim Azərbaycan dilində deyir, portuqaliyalı təbii ki, başa düşmür. 10-15 dəqiqə ərzində yarı ingilis, yarı Azərbaycan dilində izah etməyə çalışdıq ki, avtobus stansiyasına getməliyik, amma cəhdlərimiz nəticəsiz qaldı. Çünki Fazil müəllim Azərbaycan, qarşıdakı isə portuqal dilində danışırdı. Axırda Fazil müəllim rus dilində “kak emu obyasnit” dedi. Bizi qarşılayan portuqalın yanındakı rus dilində cavab verdi ki, siz deyin, mən də tərcümə edim də... Sonra bildik ki, həmin adam tərcüməçidir və rus, portuqal dillərini bilir.

 Həmin basketbolçu kumirim idi…

- Adətən 13 nömrəli formanı geyinirdin. Bu rəqəm isə əksər insanlarımız üçün nəhs sayılır. Hətta ölkəmizdə şəhər və rayonlar üzrə avtomobil seriya nömrələri arasında 13-lə başlayanı yoxdur. Bu səni  narahat etmirdi?
- Uşaq yaşlarımdan futbol oynayan zaman bu nömrəni seçirdim. Bəli, xüsusi səbəbi var. SSRİ-nin bastekbol üzrə yığmasında Xomiçus adlı oyunçu çıxış edirdi. Ona azarkeşlik edir, oyunlarını diqqətlə izləyirdim. O da 13 nömrə altında oynayırdı. Mən də məktəb illərində ona baxa-baxa özümü ona oxşadırdım. Hətta məktəbdə basketbol oynayan zaman sinif yoldaşlarıma deyirdim ki, mən Xomiçusam. Futzala gələndə əksər komandalarımızda 13 nömrəli forma yox idi. Ancaq “Neftçi”də var idi və Rüfət Məmmədov o nömrə altında çıxış edirdi. “Neftçi”yə keçəndə Rüfət yaşda məndən böyük olsa da, dəstək məqsədi ilə həmin nömrəni mənə verdi. “Avanqard” komandasında da həmin jesti etdi. 

- Belə deyim var ki, futzalçı qarşısındakı rəqibi aldadıb keçəcək qabiliyyətdə deyilsə, ondan futzalçı olmaz. Razısan bu fikirlə?
- Razı deyiləm. Fərdi qabiliyyət, istənilən epizodda rəqibini aldatmaq bacarığı hər oyunçuda olmur. Əsas məqam tez və düzgün qərar qəbul etməyi bacarmaq və icra etməkdir. Fiziki güc də olmalıdır. Gəzməklə futzal oynamaq olmaz. Baş işləməli, dəqiq ötürmələr verməlisən.

 Bəlkə də güləşdən gəldiyimə görə idi

- 5 ilə yaxındır ki, gənclərlə işləyirsən. Hansı səhvlərini onların təkrarlamamasını istəyirsən?
- Komandada nizam-intizam vacibdir. Bizim dövrümüzdə komandamızda xoşagəlməz hallar var idi. Mən də bununla barışa bilmirdim, bəlkə də güləşdən gəldiyimə görə, komanda yoldaşlarımdan intizamlı olmağı tələb edirdim. Həm də insani keyfiyyətlərinə görə yaxşı məşqçilərimiz olsa da, taktiki planda çox zəif idilər. Elman Ələkbərov müəyyən qədər standart vəziyyətlərin yerinə yetirilməsi ilə bağlı nələrisə öyrətməyə çalışırdı. O da əsasən Rusiya klublarının oyununda gördükləri idi. İndi çalışıram taktiki planda bildiklərimi gənclərlə paylaşım, onları öyrədim.

- Ümumiyyətlə çağdaş gənclərlə sizin dövrün gəncləri çoxmu fərqli düşüncəyə sahibdirlər?
- Müqayisə aparsaq, bizim dövrümüzün uşaqları daha güclü idilər. Niyə belə olduğunu izah edə bilmirəm. Bizim dövrümüzdə də uşaq futzal məktəbi yox idi, hamımızı kücədə oynayanda görür, seçiblər. Amma fiziki baxımdan çox güclü idik. İndiklər isə əksinə, çox zəifdirlər. 40-50 nəfərin arasından normal oyunçu tapa bilmirsən. O qədər zəifdirlər ki, zərbə vururlar, top qapıya çatmır. Belədə necə futbol oynayırlar, anlaya bilmirəm. Sadə tapşırıqlar verirsən, özün də əyani şəkildə göstərirsən, amma yerinə yetirə bilmirlər. Görünür, indi hər şeyi internet, telefon həll edir. Yaxşı oyunçu yetişdirmək üçün fiziki və taktiki planda çox işləməliyik. Həm də əksər uşaqları futboldan gətiririk. Burda da oyun topundan tutmuş, meydanın örtüyünə, ölçüsünə, taktiki tapşırıqlarına qədər hər şey fərqlidir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X