16:57 24.01.2023 1082

"Bu məsələ artıq bağlanıb" - Tərlan Əhmədov

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda "Kəpəz" öz meydanında "Qəbələ"ni qəbul edib. 

Fanat.Az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov matçdan sonra keçirilən mətbuat konfransında 2:2 hesabı ilə başa çatan matçı dəyərləndirib: 

"Fasilədən sonra çempionatdakı ilk matçın ağır keçəcəyini bilirdim. Dörd əsas futbolçumuz yox idi. Bu, bizim üçün problem idi. İkinci yarıda komanda hesabı qorumağa çalışdı, amma tapşırıq tamam başqa idi. Səhvlərin hesabına öndə olduğumuz oyunu əldən verdik. Buna baxmayaraq, 1 xal qazandıq. Nəticəni ədalətli hesab edirəm".

52 yaşlı mütəxəssis cari mövsüm hədəfləri barədə də danışıb: "6-7-ci yer uğrunda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Birinci dövrədən daha çox xal qazana bilərik. Yeni komandadan çox şey tələb etmək olmur. Cavan oyunçularımız var. Komandada həyəcan olduğu hiss edilir. İndi də də bu problemi yaşadıq. Komanda daha əvvəlki görüşlərdə vacib xallar itirməsəydi, başqa pillədə ola bilərdik. "Kəpəz" azarkeşləri hər zaman uğur tələb edirlər".

Baş məşqçi xorvatiyalı qapıçı Mario Mustapiçin çıxışı haqqında da danışıb: "O, Antalyadakı toplanışda özünü yüksək səviyyədə göstərdi. Orxan Sadıqlı ağır xəstəlik keçirdiyi üçün hazırlıq prosesinə qatılmamışdı. Buna görə öz formasından uzaqdır. Xəstəlikdən sonra əvəzedici heyətlə məşq edib. Orxanın oyun praktikası hazırda azdır".

Əhmədov iki mövqeyə transfer istədiklərini sözlərinə əlavə edib: "Amma bizim büdcəmiz buna uyğun deyil. Düşünürəm ki, bu məsələ artıq bağlanıb".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X