ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms NBA-da yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Lebron bu uğuru "Nyu-York Niks"i 129:123 hesabı ilə məğlub etdikləri görüşdə reallaşdırıb.
Qarşılaşmada tripl-dablla (28 xal, 10 ribaund, 11 assist) yadda qalan təcrübəli oyunçu NBA tarixində 20 mövsümün hər birində bunu bacaran ilk basketbolçudur.
Qeyd edək ki, Ceyms daha əvvəl NBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu adına sahib çıxıb.