Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Kəramət Hüseynov zədə səbəbindən fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək.
Bəs dünya və Avropa çempionatlarının bürünc medalçısını nüfuzlu turnirdə kimsə əvəzləyəcək?
Federasiyanın mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova Fanat.Az-a açıqlamasında 60 kiloqram çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançının əvəzlənməyəcəyini bildirib:
"60 kiloqram çəki dərəcəsində əvvəlcədən məlum olduğu kimi, Balabəy Ağayevin çıxışı nəzərdə tutulub. "Böyük Dəbilqə"nin yekun heyəti hələlik məlum deyil. Dəyişiklik ola bilər".
Qeyd edək ki, "Böyük Dəbilqə" iki gün davam edəcək. Azərbaycanı yarışda 10 cüdoçunun təmsil etməsi gözlənilir.
Sahib