Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Səbail"in qonağı olan "Kəpəz" minimal hesabla məğlub oldu. Gəncə təmsilçisinin "Sabah"dan icarəyə götürdüyü Abdulla Rzayevlə əlaqə saxlayıb matç barədə fikirlərini bölüşməsini istədik.
20 yaşlı müdafiəçinin Fanat.Az-a açıqlaması belə oldu:
"Əlbəttə ki, meydana müsbət nəticə qazanmaq üçün çıxmışdıq. Komanda şəklində yaxşı mübarizə apardığımızı düşünürəm. Qol epizodlarımız olsa da, ələ düşən fürsətlərdən yararlana bilmədik. İstənilən halda, ruhdan düşmürük. Qarşıdakı matçlarda xal hesabımızı artıraraq turnir cədvəlində irəliləmək üçün əlimizdən gələni edəcəyik".
Nihat