Azərbaycan Basketbol Liqasında 16-cı turun görüşləri davam edir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma keçiriləcək. "Sərhədçi" İdman Mərkəzində eyniadlı komanda "Neftçi" ilə üz-üzə gələcək.
Matç saat 19:15-də başlayacaq.
Digər qarşılaşmalar 4 və 5 fevralda keçiriləcək.
4 fevral
15:00. "Zirvə" (Astara) - "Gəncə"
5 fevral
15:00. "Olimpik" (Şəki) – NTD
Qeyd edək ki, turun ilk matçında "Sabah" AAAF Xırdalan"ı yenib - 82:63. “Zirvə” rəqibini Astarada, “Olimpik” isə Şəkidə qəbul edəcək.