PSJ klubunun rəhbərliyi "Çelsi" tərəfini tənqid edib.
Fanat.Az xəbər verir ki, buna səbəb ingilislərin təqdim etdiyi yalnış sənədlər səbəbi ilə Hakim Zieşin transferinin baş tutmamasıdır.
"The Telegraph"ın yaydığı məlumata görə, Fransa təmsilçisi "zadəganları" yüksək səviyyəli sirk adlandırıb.
Qeyd edək ki, "Çelsi"nin Fransa klubuna 3 dəfə göndərdiyi sənədlərdə yanlışlıq olduğu aşkarlanıb. London təmsilçisinin nümayəndələri səhvləri aradan qaldırıb yeni versiyanı qarşı tərəfə təqdim etsələr də, problemlərin yoluna qoyulması müəyyən vaxt aparıb və sənədlər transfer pəncərəsi bağlanandan 1 saat sonra ünvanına çatıb. PSJ-nin Fransa Peşəkar Futbol Liqasının Hüquq Komitəsinə bununla bağlı appelyasiya şikayəti göndərdiyini, lakin müraciətin rədd edildiyi vurğulanıb. Bu üzdən keçidin baş tutmadığı və Zieşin "Çelsi"də qalacağı açıqlanıb.
Röya