Azərbaycan Basketbol Liqasında 17-ci turun oyunları bu gün davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, turun üçüncü günündə bir oyun keçiriləcək. “Olimpik” Şəkidə Bakının “Sərhədçi” komandasını qəbul edəcək.
Görüş saat 15:00-da başlayacaq.
Turun daha bir oyunu isə sabah "Sabah" və "Neftçi" arasında baş tutacaq.
Qeyd edək ki, daha əvvəl turun iki oyunu baş tutub: NTD - "Zirvə" (Astara) - 92:79, "Gəncə" - "AAAF Xırdalan" - 92:78.