Belçika mətbuatı Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyununda "Gent"in Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "De Standaard"da Azərbaycandakı yenilgi barədə belə yazıb:
"Gent çox soyuq Bakıda 80 dəqiqə dözdü. Fasilədən sonra qapıçı Davi Ruf penaltinin qola çevrilməsinə imkan verməsə də, ardından topu tordan çıxardı. Hə "camışlar" qol buraxandan sonra Gift Orban hesabı bərabərləşdirməyə çalışdı, lakin istədiyini reallaşdıra bilmədi. Beləliklə, "Gent" cari avrokubok mövsümündə bu stadionda 1 dəfə də uduzmayan meydan sahiblərinin üstünlüyünü qəbul etməli oldu. Belçika təmsilçisi üçün hələ hər şey bitməyib, amma komandadakılar bilirlər ki, gələn həftə "Qarabağ" səddini keçmək yetərincə çətin olacaq".
Nihat