Avropa Liqasının I təsnifat mərhələsində «Qarabağ»la «Metallurq» arasında baş tutacaq cavab matçını idarə edəcək hakim müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA iyulun 11-də keçiriləcək oyunu çex FİFA referisi Radek Matejekə tapşırıb.
Radek Matejekin 40 yaşı var. Çex hakim 2004-cü ildən FİFA referisi statusu daşıyır. O, son olaraq ötən il Avropa Liqasının təsnifat mərhələsində JJK (Finlandiya) – «Stabek» (Norveç) matçını idarə edib. Matejek iyunun 11-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Belarus – Finlandiya oyununda dördüncü hakim olub.
İdman24.az