DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisinin vacib oyunlar üçün planı, həmçinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda fevralın 27-dən martın 3-dək Bakıda, martın 5-dən 7-dək isə Polşada toplanış keçirəcək. Hazırlıq prosesinə dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
1. Rövşən Hüseynli Atırau (Qazaxıstan)
2. Ramiz Çovdarov Araz-Naxçıvan
3. İsa Atayev Araz-Naxçıvan
4. Xətai Bağırov Araz-Naxçıvan
5. Amadeu Araz-Naxçıvan
6. Amir Şocayi Bayterek (Qazaxıstan)
7. Felipinyo Araz-Naxçıvan
8. Cavad Məmmədov Araz-Naxçıvan
9. Emin Kürdov Araz-Naxçıvan
10. Eduardo Borges Anderlext (Belçika)
11. Xəzər Ağalızadə Araz-Naxçıvan
12. Rafael Vilela Tümen (Rusiya)
13. Fineo De Araujo Sporting Paris (Fransa)
14. Tyaqo Teles Martins Sportinq Paris (Fransa)
15. Everton Kardoso Bintanq Timur (İndoneziya)
16. Hadi Ahmadi Bayterek (Qazaxıstan)