Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 13-də Tbilisiyə səfər edəcək komandamız Gürcüstan yığması ilə qarşılaşacaq.
Oyunlar aprelin 14-də və 16-da Gürcüstanın paytaxtında baş tutacaq. Məkan, saat və millimizin heyəti ilə bağlı əlavə məlumat veriləcək.