Futbol üzrə qadınlardan ibarət millimizin müdafiəçisi Kamilla Məmmədova Türkiyədə klubunu dəyişəcək.
Bu barədə Fanat.Az-a 27 yaşlı futbolçunun özü məlumat verib.
Onun şərəfini qoruduğu "Adana İdmanyurdu" komandası fəaliyyətini dayandırıb. Bu səbəbdən Kamilla Türkiyədə yeni kluba keçəcək. Lakin komandanın adı hələ bəlli deyil.
Məmmədova onu da qeyd edib ki, Türkiyədə zəlzələ fəlakəti dönəmində fasilə verilən liqaya 5 mart tarixində start veriləcək.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib. Ağır dağıntılara məruz qalan bu ərazilərin bir çoxunun futbol komandaları fəaliyyətini dayandırıb.
Röya