Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində bu gün son oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Polşa yığması ilə səfər matçı qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır.
Oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcək.
Qeyd edək ki, futzalçılarımız ötən həftə Bakıda Yunanıstana qalib gələrək elit-raunda vəsiqəni təmin edib.
DÇ-2024-ün əsas mərhələsi, 6-cı qrup
Polşa - Azərbaycan
7 mart
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya)
Koszalin idman zalı. Saat 23:00