“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın düşərgəsində baxışda olan hücumçu Ulrix Kapolonqo barədə qərar verməyə tələsmir. Azerisport.az xəbər verir ki, məşqlərdə özünü pis göstərmir.
Amma Qurbanov onu bu gün keçiriləcək Rusiyanın “Mordoviya” klubu ilə sınaq matçında bir daha iş başında görmək istəyir. Kapolonqo barədə yekun qərar məhz sözügedən görüşdən sonra veriləcək.
Qeyd edək ki, bu futbolçunun adı komandanın UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə də salınmayıb. 23 yaşlı Kapolonqonun son iş yeri İordaniyanın “Şabab Al Ordon” klubu olub. O, Konqo yığmasının heyətində 2007-ci ildə U-20 yığmaları arasında Dünya çempionatında çıxış edib.
İdman24.az