Cari mövsüm çempionluq arzuları real görünməyən "Neftçi" rəhbərliyi növbəti "futbol ili"nin planlarını indidən cızıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın idarəçiləri bu ilin yanvarında klubun əsas sponsoru SOCAR-ın rəsmiləri vəziyyəti müzakirə edib.
"Neftçi" tərəfi mövqelər üzrə rəqabətsizliyin ciddi problemlər yaratdığını, səviyyəli futbolçuların sayının artırılması üçün daha yaxşı maliyyəyə ehtiyac olduğunu, SOCAR nümayəndələrinin diqqətinə çatdırıb. Söhbət əsnasında bakılılar ən azı daha 3 səviyyəli oyunçuya ehtiyac duyduqlarını bildirərək komandada sabitlik və balans yaradılmasını hədəflədiklərini açıqlayıblar.
Görüş zamanı klubun istəyinin nəzərə alınacağını deyən SOCAR rəsmiləri qışda gözaltı edilən oyunçuların transferinə maliyyə ayrımasalar da, bunun yayda baş vermək ehtimalı yetərincə böyükdür. Bu isə o deməkdir ki, hər şey plan üzrə getsə, 2022/2023 mövsümündə ambisiyaları ilə real potensialı üst-üstə düşən "Neftçi" görəcəyik.
Nihat