Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə millisində debüt edib. Fanat.az xəbər verir ki, millimizdən imtina edən idmançı 17-ci Akdəniz oyunlarına qatılıb.
Ramil artıq medal da qazanıb. Kişilər arasında 200 metrəyə qaçış yarışlarında iştirak edən Quliyev ikinci olub və gümüş medala sahib çıxıb. Əslində azərbaycanlı atlet yunan Likourqos Tsakonasla finiş xəttinə eyni çatıb. Bu zaman qalib fotofinişlə müəyyənləşib. Burada isə Ramilin saniyənin yüzdə biri fərqi ilə gecikərək, rəqibinə uduzduğu müəyyənləşib. Yunan idmançı 20,45, Ramil isə 20,97 saniyə nəticə göstəri. Bu yarışda üçüncü yeri ispan Serxio Ruiz Serrano tutub.
Qeyd edək ki, Ramil 2011-ci ildən Türkiyə vətəndaşlığını qəbul edib. Lakin o, indiyədək «ay-ulduzlular»ın heyətində rəsmi yarışlara qatıla bilmirdi.