Variantlarım həqiqətən az deyildi. Bu, müxtəlif ölkələrdə və hətta müxtəlif qitələrdən idi. Ancaq indi bu haqda danışmağın artıq mənası yoxdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Zenit”ə qayıdan Rusiya milli komandasının sabiq kapitanı Andrey Arşavin deyib. Futbolda ilk addımlarını atdığı Sant-Peterburq klubuna yenidən dönən 31 yaşlı hücumçunun karyerasını ölkəmizdə davam etdirəcəyi haqda çox deyilirdi.
Arşavin bunun dərinliyinə varmasa da, azərbaycanlı xanımla eşq macərası haqda yazılanlara aydınlıq gətirib: “Şəxsi həyatımla bağlı danışmaq istəmirəm. Hərçənd bəzən mətbuatda çap olunanlar gülüşdən başqa heç nə doğurmur. O cümlədən Leyla Dauninqlə ümumiyyətlə tanış deyiləm. 45 yaşlı azərbaycanlı xanımla məhəbbət macərası o qədər gur fantaziyadır ki, onun sahibi yalnız bulvar romanları yazmalıdır. Nə baş vermişdi və əslində nə baş verdiyi haqda haçansa danışmağım mümkündür. Ancaq indi dəqiq buna hazır deyiləm”.
İdman24.az