Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində III turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan şahmatçıları - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ciddi sınaqla üzləşiblər.
Belə ki, Məmmədyarov son 2 pilləyə şərik olduğu Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan həmyerlimiz məğlub olaraq axırıncı pilləyə enib.
Ağ fiqurlarla oynayan Rəcəbov isə Fabiano Karuananı sınağa çəkib. Bu görüş heç-heçə ilə nəticələnib.
Şəmkirdə məğlubedilməz dünya çempionu Maqnus Karlsenin rəqibi isə Sergey Karyakin olub. İlk 2 turda qələbə qazanan Karlsen bu dəfə bərabərliklə kifayətlənməli olub.
Shamkir Chess-2014
III tur
22 aprel
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
Sergey Karyakin (Ukrayna) - Maqnus Karlsen (Norveç) 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Fabiano Karuana (İtaliya) 0,5:0,5
Turnir cədvəli: Maqnus Karlsen - 2,5. Sergey Karyakin, Teymur Rəcəbov, Fabiano Karuana, Hikaru Nakamura - 1,5. Şəhriyar Məmmədyarov - 0,5.
B turniri
Pavel Elyanov (Ukrayna) - Vasif Durarbəyli (Azərbaycan) 0,5-0,5
Aleksandr Motılyov (Rusiya) - Radoslav Voytaşek (Polşa) 0-1
Eltac Səfərli (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) 0,5-0,5
Van Xao (Çin) - Nicat Abbasov 0,5-0,5
Etyen Bakro (Fransa) - Qədir Hüseynov (Azərbaycan) 1-0
Turnir cədvəli: Etyen Bakro - 2,5. Pavel Elyanov - 2. Van Xao, Nicat Abbasov, Radoslav Voytaşek, Aleksandr Motılyov, Eltac Səfərli - 1,5. Vasif Durarbəyli, Rauf Məmmədov, Qədir, Hüseynov - 1.
Fanat.az