Petrovaçda (Monteneqro) qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 14 azərbaycanlı şahmatçı iştirak edir. Bunlar Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynovadır.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və yayda Bakıda keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyır. Təmsilçilərimizdən Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva ötən illərin qitə birinciliklərinin nəticələrinə görə Dünya Kubokuna vəsiqə qazanıblar.
Qeyd edək ki, ötən ilki Avropa çempionatında Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.
Avropa çempionatı
6-cı tur
Monika Soçko (Polşa) - Gövhər Beydullayeva 1:0
Deimante Daulite-Kornet (Fransa) - Günay Məmmədzadə 1:0
Türkan Məmmədyarova - Anna Bivol (FIDE) 1:0
Xəyalə Abdulla - Stavrula Tsolakidu (Yunanıstan) 0,5:0,5
Gülnar Məmmədova - Polina Kobak (Ermənistan) 1:0
Nataşa Rixterova (Çexiya) - Ülviyyə Fətəliyeva 1:0
Nadya Şpanko (Sloveniya) - Xanım Balacayeva 0,5:0,5
Nərmin Abdinova - Adela Velikiç (Serbiya) 1:0
Anjelika Valkova (Ukrayna) - Səbinə İbrahimova 1:0
İvana Hreçak (Sloveniya) - Mələk İsmayıl 1:0
Yuliya Makka (Yunanıstan) - Ayan Allahverdiyeva 1:0
Lalə Hüseynova - Ləman Hacıyeva 0:1
Nikolina Kolzeviç (Monteneqro) - Nazlı Hümbətova 1:0
Turnir cədvəli: Oliviya Kiolbasa (Polşa) - 5,5 xal, Monika Soçko (Polşa), Mai Narva (Estoniya) - hərəyə 5 xal, Beydullayeva - 4 xal.