Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlsen və macar Yudit Polqarı şahmat tarixinin ən yaxşı oyunçuları elan edib.
Fanat.Az xəbər verir ki, hər iki qrossmeyster Budapeştdə FIDE-nin 100 illik yubileyinə həsr olunmuş qala gecəsində mükafatlandırılıb.
Yudit Polqar 2014-cü ildə karyerasını başa vurmasına baxmayaraq, 1989-2015-ci illərdə FIDE-nin qadın şahmatçıları arasında reytinq cədvəlinə liderlik edib. Macarıstan milli komandası ilə 1988 və 1990-cu illərdə Ümumdünya Şahmat Olimpiadasında qızıl medal, kişilərdən ibarət komandada isə iki dəfə gümüş medal qazanıb.