Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçlə oyununun hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşün baş hakimi Fransa Futbol Federasiyasını təmsil edən qadın referi Stefani Frappar olacaq.
Ona Mikael Berşebryü və Matye Qrobost kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Bastyen Deşpi yerinə yetirəcək.
Xatırladaq ki, AÇ-2024-ün 2-ci turu çərçivəsində oynanılacaq İsveç - Azərbaycan matçı martın 27-i, Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.