Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Nəticədən və futbolçularımdan razıyam. Matçın sonunadək rəqibi təzyiq altında saxladıq. Yalnız ilk 20 dəqiqə çətin keçdi. Bizdə heç nə alınmırdı, oyuna nəzarəti itirmişdik. İlk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıq. Meydandakı yerdəyişmələrdən sonra isə topa daha çox sahib olduq və düşündüyümüz oyunu sərgilədik. Bu, həlledici amil idi. Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik”.
Xatırladaq ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveç yığmasına qarşı keçirəcək.
Mirağa