İsveç millisinin və "Milan"ın ulduz futbolçusu Zlatan İbrahimoviç zədələnib.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliyanın "ITASportPress" agentliyi yayıb.
Mənbənin məlumatına görə, o, milli komandanın sərəncamında olarkən xəsarət alıb. Zlatanın zədəsinin yüngül olduğu bildirilir, buna baxmayaraq, İsveç yığmasının çalışdırıcısı çətin ki, Azərbaycan millisi ilə görüşdə ona ümid bəsləsin.
Xatırladaq ki, İbrahimoviç yazda aldığı ağır zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxıb.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç - Azərbaycan görüşü bu gün Solna şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Mirağa