Petrovaçda (Monteneqro) qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 14 azərbaycanlı iti zəka sahibi iştirak edir. Bunlar Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynovadır.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və yayda Bakıda keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyır. Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva ötən illərin qitə birinciliklərinin nəticələrinə görə Dünya Kubokuna vəsiqə qazanıblar. Gövhər Beydullayeva isə gənclər arasında dünya çempionatının qalibi kimi bu hüquqa yiyələnib.
Qeyd edək ki, ötən il Avropa çempionatında Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.
Avropa çempionatı
8-ci tur
Deimante Daulite-Kornet (Fransa) - Gövhər Beydullayeva 1:0
Marqaret Olde (Estoniya) - Günay Məmmədzadə 0,5:0,5
Gülnar Məmmədova - Yovana Erik (Serbiya) 0,5:0,5
Türkan Məmmədyarova - Karina Sifka (Polşa) 0,5:0,5
Mihaela Sandu (Rumıniya) - Ülviyyə Fətəliyeva 1:0
Beloslava Krasteva (Bolqarıstan) - Ləman Hacıyeva 0,5:0,5
Xəyalə Abdulla - Polina Kabak (Ermənistan) 1:0
Emiliya Dilaq (Polşa) - Səbinə İbrahimova 0,5:0,5
Mələk İsmayıl - Monika Spalir (Sloveniya) 0,5:0,5
Ayan Allahverdiyeva - Nərmin Abdinova 0,5:0,5
Yoanna Blubaum - Lalə Hüseynova 0:1
Nazlı Hümbətova - Tamila Maşenko (Ukrayna) 0,5:0,5
Turnir cədvəli: Meri Arabidze (Gürcüstan), Aleksandra Maltsevskaya (Polşa) - hərəyə 6,5, Oliviya Kiolbasa (Polşa) - 6 xal, 8. Beydullayeva - 5.