Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında (U-20) Azərbaycan çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, çempionatın ilk günündə altı çəki dərəcəsində - 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq və 79 kq çəki dərəcəsində ölkənin ən yaxşı sərbəst güləşçiləri müəyyənləşəcək.
Çempionatın açılış mərasimi saat 16:00-da başlayacaq. Daha sonra finallar olacaq.