Aprelin 17-23-də Xorvatiyada güləş üzrə Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Dünya Güləş Birliyi komandaların, o cümlədən Azərbaycan millilərinin yarış üçün ilkin heyətini açıqlayıb.
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed Xaniyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) , Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Sabah Şəriəti (130 kq).
Qadın güləşi: Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), İlona Dudyak Semkiv (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq), Nigar Mirzəzadə (68 kq).