Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov və Vüqar Rəsulov sabah Daşkənddə (Özbəkistan) başlayacaq Georgi Aqzamov Memorialında iştirak edəcəklər.
Fanat.Az xəbər verir ki, yarışda 65 iti zəka sahibi iştirak edəcək. İsgəndərov reytinqdə ikinci, Rəsulov isə səkkizincidir.
Reytinqin favoriti ev sahibi ölkənin təmsilçisi Şamsiddin Vohidovdur.