Böyükağa Hacıyev "Rəvan"la oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi tükəndiyini deyib:
“Bu oyunu şərh etmək istəmirəm. “Neftçi” rəqibindən güclü oynadı. Qələbə qazanacağımızı gözləyirdik. İlk oyunda heç-heçə etdik, amma cavab oyununda qalib gəldik. Yaxşı oyun göstərdik, qol imkanlarından istifadə etdik, bir çox epizodlardan isə yararlana bilmədik. Rəqibə çempionatda uğurlar arzulayıram. Mövsümü titulsuz bitirmək istəmirik. Mövsüm sonunda cari çempionatda gördüklərim haqqında mətbuat konfransı təşkil edəcəm. Ola bilər ki, futbolla bitirim, yorulmadım, tükəndim. Araz Abdullayevlə bir neçə dəfə danışdıq, başa saldım ki, azarkeşə reaksiya vermək lazım deyil, yetişməkdə olan futbolçu üçün, bu, mənfi haldı. Bu gün Araz oyundan öncə azarkeşlərə yaxınlaşıb üzrxahlıq etdi. Məşqçi olmaqdan əlavə psixoloq olmaq lazımdı. Bura gələn dünya şöhrətli məşqçilər futbolumuzdan başa aça bilmirlər, çünki, mentalitetimizi bilmirlər. Yerli futbolçuları çox yaxşı tanıyıram. “Sumqayıt”la oyunda komanda yaxşı oynamadı, tənbeh olundular, istirahət günlərini əlindən aldım. Pis oyun taktikası yoxdu, pis ifaçılar var. Legioner məşqçilərə qarşı həssaslığım var, nəticələrim göz qabağındadı. Tahir Süleymanovun istefa verməyini stadionda eşitdim. “Neftçi” heç birimizə miras qalmayıb. Finalda rəqibimizin kimliyi vacib deyil, qalib gəlmək istəyirik”.
Fanat.az