Azərbaycan şahmatçısı Vüqar Rəsulov Daşkənddə keçirilən Georgi Aqzamov Memorialında ikinci yerə yüksəlib.
Fanat.Az xəbər verir ki, o, altıncı turda turnirin reytinq favoriti Şəmsiddin Vohidov üzərində qələbə qazanıb. 5 xal toplayan Rəsulov lider Volodar Murzindən (FİDE) yarım xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Digər şahmatçımız Misrətdin İsgəndərov beşincidir (4,5 xal).