15-16 apreldə Polşanın Poznan şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 20 cüdoçusu da mübarizə aparacaq. Onlardan 15-i oğlan, 5-i qız olacaq.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 452 cüdoçunun çıxışı gözlənilir.