Azərbaycan şahmatçısı Misrətdin İsgəndərov Daşkənddəki Georgi Aqzamov Memorialında ikinci yerdədir.
Fanat.Az xəbər verir ki, o, yeddinci turda Anis Məhəmmədə (Hindistan) qalib gəlib. 5,5 xalı olan İsgəndərov lider Volodar Murzindən (FİDE) bir xal geri qalaraq ikinci yerdə qərarlaşıb.
Digər şahmatçımız Vüqar Rəsulov hesabat turunda Murzinə uduzaraq dördüncü pilləyə (5 xal) düşüb.