İrəvanda keçirilən Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Ermənistanı tərk ediblər.
Fanat.Az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistanın idman nazirinin müavini Karen Giloyan məlumat verib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi keçib: “Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.