Azərbaycan şahmatçısı Günay Məmmədzadə dünya yığmasının tərkibində Qazaxıstan yığmasına qarşı dörd oyun keçirib.
Fanat.Az xəbər verir ki, millimizin lideri Bibisara Assaubayeva, Jansaya Abdumalik, Dinara Saduakassova və Merruet Kamalidenova ilə mübarizə aparıb. Oyunların hamısı heç-heçə başa çatıb.
Qeyd edək ki, ilk üç görüş dünya yığmasının, dördüncü matç isə Qazaxıstan komandasının qələbəsi ilə yekunlaşıb.
Qarşıda daha dörd qarşılaşma var.